Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

“Putin və Zelenski razılaşma əldə etmək istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. Biz isə onların razılığa gəlməsinə nail olacağıq”.

Bunu ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması məsələsinə münasibət bildirərkən deyib.

Tramp hər iki liderin enerji infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan atəşkəsi dəstəklədiyini düşündüyünü bildirib.

“Düşünürəm ki, onların hər ikisi enerji atəşkəsini dəstəkləyir. Onlar mütləq razılığa gəlməlidirlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.
  • Sosial şəbəkədə paylaş