Çinin “Zhuque-2E Y4” raketdaşıyıcısı 10 peyki təyin olunmuş orbitə uğurla çıxarıb.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılış Qansu əyalətində yerləşən Dunfın (Dongfeng) Kommersiya Kosmik Buraxılış İnnovativ Eksperimental Zonasından həyata keçirilib.
Orbitə göndərilən peyklərdən 8-i "Adaspace Technology" kommersiya aerokosmik şirkətinə məxsus "Xinshidai" seriyasıdır. Bu peyklər yüksək performanslı hesablama modulları, sürətli lazer rabitə avadanlıqları və gecə görüntüləmə kameraları ilə təchiz olunub. Layihənin məqsədi 2800 süni intellekt peykindən ibarət qlobal orbital hesablama şəbəkəsi yaratmaqdır. Bu sistem Yer səthindəki obyektləri və hadisələri izləyib təhlil edərək nəticələri birbaşa yerüstü stansiyalara ötürəcək.