Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, noyabrın 18-19-da Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında mümkün üçtərəfli görüşə hazırlıq işləri aparılır.

Uşakov qeyd edib ki, sammit çərçivəsində Putinlə Tramp arasında ayrıca ikitərəfli görüş barədə hələlik razılıq əldə olunmayıb.

“Biz bu görüşü hələ razılaşdırmamışıq. Çünki indiyədək söhbət üçtərəfli təmasdan gedib. Əgər iki prezident eyni məkandadırsa, ən azı bir-birini salamlayacaq, söhbət edəcək və protokol tədbirləri zamanı ünsiyyətdə olacaqlar. Belə böyük beynəlxalq sammitlər bunun üçün yaxşı imkan yaradır”, – Kremlin rəsmisi vurğulayıb.

Uşakov həmçinin bildirib ki, Putinin Tramp tərəfindən dəvət olunduğu Mayamidə keçiriləcək G20 sammitində iştirakı Şençjendəki APEC sammitinin nəticələrindən asılı olacaq.
  • Sosial şəbəkədə paylaş