Fransada oktyabrın 31-də keçiriləcək kütləvi nümayişlərə yarım milyona yaxın insanın qatılacağı gözlənilir

"RMC" radiosunun təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları ölkə daxilində fövqəladə rejimə keçib.

Kütləvi aksiyalara Parisdə 150 minə, regionlarda isə 350 minə qədər etirazçının çıxacağı proqnozlaşdırılır.

Həmkarlar ittifaqları və "sarı jiletlilər" hərəkatı əhalini tam tətbiqə və küçələrə axışmağa çağırıb.

Sentyabrın sonunda məktəblilərin təhsil sisteminə etirazı ilə başlayan dalğa artıq sosial üsyana çevrilib.

Nümayişçilər yanacaq qiymətlərinin kəskin artmasına və həyat səviyyəsinin pisləşməsinə qarşı çıxırlar.

Fransa Prezidenti Emmanuel Makron isə iğtişaş törədənlərin sərt cəzalandırılacağını bəyan edib.
  • Sosial şəbəkədə paylaş