Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı açıqlanıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 17 milyon 540,71 min dollar dəyərində 680 ədəd elektromobil idxalı qeydə alınıb. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 30 milyon 670 min dollar (63,6 faiz azalma) və 879 ədəd (56,4 faiz azalma) azalma deməkdir.

Hesabat dövründə ölkəyə 113 milyon 315,3 min dollarlıq 5174 ədəd hibrid avtomobil idxal olunub. Bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 150 milyon 684,38 min dollar (57,1 faiz azalma) və 7381 ədəd (58,8 faiz azalma) azdır.

Doqquz ayda, həmçinin 11 min 621 ədəd “plug-in” hibrid avtomobili idxal edilib ki, bu da illik müqayisədə 20 min 252 ədəd və ya 63,5 faiz azalma deməkdir. İdxal edilən “plug-in” hibrid avtomobillərinin statistik dəyəri isə 345 milyon 817,23 min dollar və ya 57,2 faiz azalaraq 258 milyon 801,85 min dollar təşkil edib.
  • Sosial şəbəkədə paylaş