ABŞ-də Hellouin bayramı zamanı yeddi ştatda baş verən atışmalar nəticəsində 12 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb.
Ən ağır hadisələr Texas ştatının Dallas şəhərində qeydə alınıb. Burada üç müxtəlif atışma nəticəsində dörd nəfər həlak olub, 15 sakin yaralanıb.
Alabama ştatının Birmingem şəhərində “Legion Field” stadionunun yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Florida ştatının Ceksonvill şəhərində isə iki ayrı hadisə zamanı iki nəfər həyatını itirib, daha 11 nəfər xəsarət alıb.
Atışmalar Kolorado, İllinoys, Missisipi və Delaver ştatlarında da qeydə alınıb.
Missisipi ştatının Cekson şəhərində gecə klubunda baş verən atışma nəticəsində bir kişi və bir qadın güllələnərək öldürülüb, daha iki nəfər yaralanıb. Gecə saat 02:00-da baş verən digər atışma zamanı bir nəfər həlak olub, bir neçə sakin yaralanıb.
Nyuark şəhərində Delaver Universitetinin yaxınlığında baş verən silahlı hadisə nəticəsində yetkinlik yaşına çatmayan bir şəxs də daxil olmaqla altı nəfər yaralanıb.
Hadisələrin başvermə şəraiti araşdırılır. Hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri davam etdirilir.