Rusiya İşgəncələrin qarşısının alınması haqqında Avropa Konvensiyasından RƏSMƏN ÇIXDI

Rusiya Federasiyası İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyasından rəsmən çıxıb.

Bu addımla Avropa Şurasının Rusiya cəzaçəkmə müəssisələrində apardığı müstəqil monitorinq fəaliyyəti tamamilə dayandırılıb. Bu barədə Avropa Şurasının mətbuat xidməti "Radio Svoboda"ya məlumat verib.

Konvensiyanın denonsasiyası (ləğvi) haqqında qanunu Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin sentyabrında imzalamışdı. Qərar rəsmi xəbərdarlıqdan bir il sonra — indiki tarixdə hüquqi qüvvəyə minib.

Avropa Şurasından bildirilib ki, 2022-ci ilin fevralından bəri Rusiyanın həbsxanalarında və Ukraynanın işğal olunmuş ərazilərində işgəncə hallarının olması barədə müntəzəm məlumatlar daxil olub. Lakin Rusiya hakimiyyətinin əməkdaşlıqdan imtina etməsi səbəbindən Avropa İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndələri yerində müstəqil yoxlamalar apara bilməyiblər.
  • Sosial şəbəkədə paylaş