Trampdan İsrailə 4 milyard dollarlıq yardımla bağlı qərar

ABŞ prezidenti Donald Tramp İsrailə hər il ayrılan 4 milyard dollarlıq maliyyə yardımının dayandırılacağını açıqlayıb.

Tramp bu barədə danışarkən İsraillə münasibətlərin yaxşı olduğunu, lakin maliyyə dəstəyinin davam etdirilməyəcəyini bildirib.

“Biz İsrailə ödənişləri dayandıracağıq. Münasibətlərimiz əladır, lakin Bibi ilə razılaşmışam ki, onlara hər il 4 milyard dollar köçürməyəcəyik”, – deyə ABŞ lideri bildirib.
  • Sosial şəbəkədə paylaş