ABŞ-nin birinci xanımı Melaniya Tramp noyabrın 5-də Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə qəbul edəcək.
Məlumata görə, Melaniya Tramp görüşdə şəxsən iştirak edəcək. O, həmçinin Ukraynanın Xerson vilayətindəki Oleşki şəhərində əldə olunan atəşkəslə bağlı açıqlama verəcək.
Ağ Evin bəyanatında görüşdə iştirak edəcək nümayəndələrin kimliyi, müzakirələrin gündəliyi və atəşkəsin detalları barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Oleşkidə humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi məqsədilə müvəqqəti atəşkəs barədə razılıq əldə olunub.