Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfirə ötən gün Batumidə keçirilən UEFA Avropa Liqasının V turu üzrə “Beşiktaş” – “Hapoel Beer-Şeva” oyunu zamanı yaşanan insidentlərlə bağlı reaksiya bildirilib və müxtəlif dəlillər paylaşılıb.

Hadisələrin bütün aspektlərinin hərtərəfli araşdırılması ilə yanaşı, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsuliyyət daşıyanlara qarşı hüquqi tədbirlərin görülməsi tələb edilib.
  • Sosial şəbəkədə paylaş