Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsinin qara qutusu tapılıb

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinin "C-130" hərbi yük təyyarəsinin qara qutusu tapılıb.

Qəza zamanı həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb. Sonuncu heyət üzvünün nəşinin tapılması üçün işlər davam etdirilir.

Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə uçan Türkiyəyə məxsus “C130” hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.
  • Sosial şəbəkədə paylaş