Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək

Azərbaycan bu il bilyard üzrə 2 beynəlxalq turnirə ev sahibliyi edəcək.

Bilyard Federasiyasından verilən məlumata görə, sərbəst piramida növü üzrə Avropa Kuboku və Avropa çempionatı Bakıda təşkil olunacaq.

Avropa Kuboku iyulun 5-8-də 40 yaşdan yuxarı idmançılar arasında keçiriləcək. Qitə çempionatı isə 8-12 iyulda baş tutacaq.

Qeyd edək ki, hər iki yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası və Avropa Piramida Federasiyasının dəstəyi ilə “Strike for Glory!” şüarı altında keçiriləcək.
  • Sosial şəbəkədə paylaş