Britaniya səfirindən Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dilində təbrik

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Səfir bu barədə "X" sosial şəbəkəsində Azərbaycan dilində paylaşım edib.

"Bu gün Azərbaycan Dövlət Müstəqilliyinin Bərpasının 35-ci ildönümünü qeyd edir. Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkələrimiz arasında tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram!"
  • Sosial şəbəkədə paylaş