Futbol bayramı başladı

Dünya Çempionatı-2026 artıq start götürüb və turnirin Meksikada açılış mərasimi keçirilib.

Məlumat üçün bildirək ki, mundialın ilk oyunu Meksikada, Mexiko şəhərindəki əfsanəvi “Azteka” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk qarşılaşma Meksika-CAR arasında baş tutacaq.

FİFA bu dəfə açılışı sadəcə futbol oyunu kimi yox, böyük bir “qitə miqyaslı şou” kimi planlaşdırıb. Açılışdan öncə Meksika mədəniyyətini əks etdirən rəqs və folklor şouları göstəririlib, Latın Amerikası ritmləri üzərində qurulan musiqi çıxışları təşkil olunub.
Stadion xüsusi işıqlandırma və vizual effektlərlə “futbol səhnəsinə” çevrilib.

Dünya şöhrətli müğənni Şakira oxuyub. Həmçinin, Meksika və Latın Amerikası sənətçiləri iştirak edib.
  • Sosial şəbəkədə paylaş