Dünya çempionatı 2026-nın ilk qolu vurulub

Futbol üzrə 2026-cı il dünya çempionatının ilk qolu vurulub.

AZƏRTAC xəbər verir ki, A qrupunda keçirilən Meksika - Cənubi Afrika Respublikası (CAR) oyununda ev sahibləri hesabı açıb.

Doqquzuncu dəqiqədə Xulian Kinyones diqqət mərkəzinə düşüb - 1:0.

23:10

Futbol üzrə 2026-cı il dünya çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, mundial A qrupunda Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən açılış oyunu ilə başlayıb. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunan qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

Bu qrupun digər matçı olan Cənubi Koreya-Çexiya görüşü iyunun 12-si Bakı vaxtı ilə səhər saat 06:00-da keçiriləcək.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundialda ilk dəfə 48 komanda mübarizə aparır.
  • Sosial şəbəkədə paylaş