Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal əldə edib.
63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Ermənistan təmsilçisi Karen Aslanyanla qarşılaşıb. Görüşdə məğlub olan Nihat Məmmədli çempionatı ikinci pillədə başa vurub.
Bu gün Azərbaycanın digər yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərimiz Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar.