Azərbaycandan olan qadına Rusiyada 5 il həbs cəzası verildi – “Ukrayna kəşfiyyatı ilə əməkdaşlıqda” ittiham olunur

Rusiyada Azərbaycan əsilli qadın məhkəmə hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, 1970-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı olan həmin qadın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda təqsirli bilinib.

Rəsmi açıqlamaya əsasən, qadının fəaliyyəti dövlət təhlükəsizliyinə zidd qiymətləndirilib və o, koloniyaya göndərilib.
  • Sosial şəbəkədə paylaş