MUM-da 103 min mənimsəyən satıcı həbs edildi

Mərkəzi Univermaqda satıcı işlədiyi zaman müştərilərin qızıllarını ələ keçirməkdə ittiham olunan Günay Muradəliyeva həbs edilib.

“Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda belə hökm çıxarıb.

Hakim Mahirə Kərimova zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməməsini nəzərə alaraq xanım müttəhim barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanunauyğun hesab edib.

Hökmə əsasən, Günay Muradəliyeva külli miqdarda mənimsəmədə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu vaxta qədər azadlıqda olan Günay məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.
  • Sosial şəbəkədə paylaş