Tovuzda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb

Tovuzda 29 yaşlı arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermanın ərazisində aşkarlanıb.

İlkin məlumata görə, o, intihar edib. Meyit ağacdan asılı halda tapılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
  • Sosial şəbəkədə paylaş