Türkiyədə telekanala silahlı hücum edildi

"BeIN Sports" telekanalının İstanbulun Ayazağa məhəlləsində yerləşən binasına silahlı hücum edən şəxs polisə təslim olub.

Bu barədə "Hürriyet" məlumat yayıb.

Məlumata görə, hücum edən Kemal S. iddia edib ki, telekanalın şərhçisi Güntekin Onay orada təhlükəsizlik əməkdaşı işləyən həyat yoldaşını təhqir edib.

Silahlı şəxs şərhçinin üzr istəməsini tələb edib. Hadisə yerinə gələn xüsusi təyinatlı polislər onu fikrindən daşındıra biliblər.

Təqribən 30 dəqiqə davam edən danışıqlardan sonra Kemal S. binadan çıxarılaraq polis şöbəsinə aparılıb.
  • Sosial şəbəkədə paylaş