Gültəkin Hacıbəyli Türkiyədə SAXLANILDI

Milli Şuranın tanınmış simalarından olan Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və onun Azərbaycana ekstradisiya olunması məsələsi gündəmdədir.

Məlumata görə, saxlanılma yalnız miqrasiya və oturum qaydaları ilə bağlı deyil – əsas məsələ Ramiz Mehdiyev işi ilə əlaqəli aparılan geniş istintaq çərçivəsində onun ifadəsinin alınmasıdır. Mənbələrin bildirdiyinə görə, Hacıbəyli faktiki olaraq Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında polis nəzarətinə götürülüb və Bakıya gətirilməsi gözlənilir.
  • Sosial şəbəkədə paylaş