Çin süni intellektin yaratdığı İLK DƏRMANI satışa çıxarır

Çində süni intellekt tərəfindən yaradılan ilk dərman buraxılacaq.

"Mprosevir" preparatı böyüklərdə COVID-19-un yüngül və orta formalarının müalicəsi üçün nəzərdə tutulub.

Preparatın yaradılması zamanı süni intellektdən perspektivli birləşmələrin seçilməsi və molekulun optimallaşdırılması üçün istifadə olunub.

İşlənmənin başlanmasından klinik sınaqların başa çatmasına qədər təxminən üç il yarım vaxt keçib.
  • Sosial şəbəkədə paylaş