Bu gün “Avroviziya” mahnı müsabiqəsi İsveçrənin Bazel şəhərində baş tutacaq.
Bu il “Avroviziya”da ölkəmizi “Mamagama” qrupu təmsil edəcək.
“Mamagama” qrupu bu gün ilk yarımfinalın ikinci hissəsində səhnəyə çıxacaq.
Müsabiqə İTV-də yayımlanacaq.
Bəs “Mamagama” qrupu necə yaranıb?
“Mamagama” 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında uğur qazanıb.
“Mamagama” 2023-cü ildə də təmsilçi olmaq üçün namizəd olmuşdu. Hətta daha əvvəl qrup Safael və rus əsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub. Onlar Albaniyada keçirilən 23-cü “Kenga Magjike” festivalında ölkəmizi təmsil edərək “Best new international artist” kateqoriyası üzrə qalib olub. “Avroviziya” üçün müraciət zamanı isə qrupun tərkibində dəyişiklik edilib.
“Mamagama” 3 nəfərdən ibarətdir. Hazırda qrup üzvləri:
Asəf – Frontmen və əsas vokalçı,
Hass – Gitara ifaçısı,
Arif – Zərb alətləri.