Əfsanəvi amerikalı aktyor Robert Duvall vəfat edib

Amerika kinosunun canlı klassiklərindən biri hesab olunan aktyor Robert Duvall 95 yaşında vəfat edib.

Yeddi dəfə “Oskar” mükafatına namizəd göstərilən sənətkar dünya kinosunun ən nüfuzlu simalarından biri sayılırdı.

Duvall karyerası boyunca kino tarixində iz qoyan bir sıra ekran əsərlərində rol alıb. O, xüsusilə “Xaç atası”, “Bülbülü öldürmək” və “Apokalipsis bu gün” filmlərində yaratdığı obrazlarla tamaşaçıların yaddaşına həkk olunub.

Aktyor 50 ildən artıq davam edən fəaliyyəti dövründə xarakter rollarının ustası kimi tanınıb və Hollivudda aktyor məktəbinin simvollarından biri sayılıb. Onun yaratdığı obrazlar ABŞ kino sənayesinin qızıl fonduna daxil edilib.

Robert Duvall son illərdə ekrandan uzaq olsa da, kino tənqidçiləri onu “klassik aktyorluq məktəbinin son nümayəndələrindən biri” kimi qiymətləndirirdi.
  • Sosial şəbəkədə paylaş