“Sea Breeze Resort” kompleksinin “Sea Breeze Walk of Fame” Şöhrət Xiyabanında britaniyalı müğənni və bəstəkar Con Nyumanın adına olan ulduzun açılış mərasimi keçirilib.
Mahnıları dünyada milyonlarla dinləyicinin rəğbətini qazanan məşhur sənətçinin adı Şöhrət Xiyabanına təntənəli surətdə həkk olunub.
Sənətçi mərasimdə iştirak edərək jurnalistlərlə və pərəstişkarları ilə ünsiyyət quraraq, yaradıcılıq yolu ilə bağlı hiss və düşüncələrini bölüşüb.
Bu hadisənin əhəmiyyətindən danışaraq sənətçi ulduzunu görən insanların təkcə musiqisini deyil, həm də yaradıcılıq yolunda ona kömək edən keyfiyyətlərini xatırlamalarını istədiyini söyləyib.
“İstərdim ki, insanlar məni təkcə musiqim sayəsində deyil, həm də daim təvazökar qalan, insanlara hörmətlə yanaşan və inadla məqsədinə doğru irəliləyən bir insan kimi xatırlasınlar. Karyeramda bir çox enişli-yoxuşlu dövr olub və heç nə asan olmayıb. Düşünürəm ki, mənim üçün ən yaxşı mükafat əzmkarlığımın tanınması olacaq”, - deyə ifaçı qeyd edib.
Müğənni, həmçinin Azərbaycan, o cümlədən Bakı ilə bağlı təəssüratlarını bölüşərək, hər səfərin ən xoş xatirələr buraxdığını vurğulayıb.
“Bakı inanılmaz dərəcədə gözəl şəhərdir, Azərbaycan isə çox gözəl ölkədir. “Formula 1”in azarkeşi olaraq, şəhər boyunca gəzişmək mənim üçün xüsusilə maraqlı idi. İçərişəhərdən çox zövq aldım. Hər dəfə buraya gələndə səmimi qonaqpərvərlik və isti qarşılanma hiss edirəm”, - deyə Con Nyuman əlavə edib.
“Sea Breeze Walk of Fame” Şöhrət Xiyabanı, Azərbaycanda mədəniyyət, incəsənət və ictimai həyatın görkəmli xadimlərinin şərəfinə yaradılmış ilk və yeganə simvolik məkandır. Burada artıq dünya musiqi sənayesinin, incəsənətinin və mədəniyyətinin tanınmış nümayəndələrinin adları əbədiləşdirilib. Ulduz kolleksiyası artmaqda davam edir, dünya mədəniyyətin inkişafına əhəmiyyətli töhfələr vermiş şəxsiyyətləri bir araya gətirir.
Con Nyuman “Love Me Again”, “Come and Get It” və “Cheating” hitləri, eləcə də “Rudimental” qrupunun “Feel the Love” mahnısının yazılışında iştirakı sayəsində dünya şöhrəti qazanan britaniyalı müğənni, mahnı müəllifi və musiqiçidir. Onun yaradıcılığı dəfələrlə beynəlxalq musiqi çartlarında birinci yeri tutub, ifaçı özü isə bir sıra nüfuzlu musiqi mükafatlarının laureatı və nominantı olub.