G7 ölkələri Ukraynaya 50 milyard dollarlıq kredit köçürməyə razılaşıb

G7 ölkələri (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Yaponiya) Ukraynaya 50 milyard dollarlıq kredit köçürməyə razılaşıb.

Ukrayna mənbələrinə istinadən xəbər verir ki, onlar Rusiyanın dondurulmuş suveren aktivlərindən gəlirlərlə təmin olunacaqlar.

İlk ödənişlər bu ilin sonuna qədər başlamalıdır və vəsaitlər Ukraynaya maliyyə, hərbi və digər yardımların dəstəklənməsi üçün bir neçə kanal vasitəsilə bölüşdürüləcək.
  • Sosial şəbəkədə paylaş