İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.
Sənəd Yerusəlimdə İsrailin Milli Süni İntellekt Direktorluğunun rəhbəri, ehtiyatda olan general Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə imzalanıb.
Baş nazirin ofisinin açıqlamasında qeyd olunub ki, tərəflər süni intellekt vasitəsilə mövcud əməkdaşlığı və müttəfiqliyi daha da dərinləşdirməyi planlaşdırır.
Bildirilib ki, tərəfdaşlıq superkompüter infrastrukturu, süni intellektin mülki əhəmiyyətli sahələrdə tətbiqi, insan kapitalının inkişafı və birgə elmi tədqiqatlar istiqamətlərini əhatə edəcək.
Netanyahu tədbirdəki çıxışında bu sahədə qabaqcıl mövqedə olmağın vacibliyini vurğulayıb və birgə əməkdaşlığın daha geniş imkanlar açacağını bildirib.