Si Cinpin ilin sonunadək ABŞ-a səfər edəcək

ABŞ prezidenti Donald Tramp Çin dövlət rəhbəri Si Cinpinin ilin sonuna qədər Vaşinqtona səfər edəcəyini gözləyir.

O, bu barədə News-a verdiyi müsahibədə danışıb: "Mən apreldə orada (Çində-red.) olacağam, sonra isə o, ilin sonuna qədər Ağ Evdə olacaq".

Ağ Ev rəhbəri Çin lideri ilə yaxşı münasibətlərinin olduğuna əmindir: "Mənim onunla, onun da mənimlə yaxşı münasibətdə olması vacibdir".
  • Sosial şəbəkədə paylaş