Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsində

Tramp administrasiyası dövründə irəliyə aparılan Azərbaycan-ABŞ münasibətləri Birləşmiş Ştatların Vitse-prezidenti Cey. Di. Vensin səfəri ilə yeni və keyfiyyətcə daha fərqli mərhələyə daxil oldu.

Ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Hazırda Azərbaycan-ABŞ əməkdaşlığı məhz qarşılıqlı etimada və hər iki tərəfin strateji maraqlarına söykənən möhkəm tərəfdaşlıq üzərində inkişaf edir. Qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığı davamlı sülhün təmin edilməsinə töhfə vermək, regional sabitliyi möhkəmləndirmək, həmçinin qlobal çağırışlara birgə cavab vermək baxımından böyük önəm daşıyır.
  • Sosial şəbəkədə paylaş