TV CANLI
Asiya
Asiya
Bəqayi Ukrayna prezidentinin Yaxın Şərqdəki müharibəyə müdaxilə cəhdlərinə münasibət bildirib
© APA | İran XİN sözçüsü- İsmayıl Bəqayi
30 mart 2026 13:14 (UTC +04:00)
Ukraynanı dağıdıcı müharibəyə sürükləyən bir şəxs region ölkələrini aldada bilməz.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında Ukrayna prezidenti Volodimir Zelenskinin Yaxın Şərqdə gedən müharibəyə müdaxilə etmək səylərinə münasibət bildirərkən deyib.
“Düşünürəm ki, region ölkələri ayıqdır. Son dörd ildə öz ölkəsini dağıdıcı müharibənin içinə sürükləyən bir şəxs onları aldada bilməz. Ümumiyyətlə, bu cür davranışlar – məsələn, Ukrayna müharibəsini bizim regionda baş verən hadisələrlə əlaqələndirmək dəhşətli bir hesablama səhvidir. Düşünürəm ki, region ölkələri belə bir tələyə düşməyəcəklər”,- Bəqayi qeyd edib.