ABŞ Dövlət Departamenti bəyanat yaydı

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsinin ("Tramp marşrutu") həyata keçirilməsi istiqamətində üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması barədə razılığa gəliblər.

ABŞ Dövlət Departamentinin saytında bu barədə üçtərəfli bəyanat yayılıb. Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını elan ediblər.

İştirakçılar TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan bütün mexanizmlərin mümkün qədər tez işə salınmasına sadiq olduqlarını təsdiqləyiblər.
  • Sosial şəbəkədə paylaş