Bəzi rayonlarda yollar buz bağlayıb, maşınlar yolda qalıb

Qar və şaxtalı hava səbəbindən Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, nəticədə avtomobillərin hərəkəti çətinləşib, bəzi nəqliyyat vasitələri yolda qalıb.

Sürücülərin sözlərinə görə, şəhərin küçələrinə duz və qum səpilməyib. Nəticədə belə problemlər yaranıb.
  • Sosial şəbəkədə paylaş