Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib.

Bu barədə M.Əliyeva “Instagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!”
  • Sosial şəbəkədə paylaş