Siyəzəndə məktəbli motosiklet qəzasında ölüb

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib.

Hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib.

Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb. Qəza nəticəsində ağır xəsarətlər alan məktəbli hadisə yerində ölüb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə dərs saatlarında baş verməyib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş