Ermənistan prezidenti Vaaqn Xaçaturyanın səhhətinin son həftələrdə kəskin pisləşdiyi bildirilir.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilir ki, dövlət başçısı oktyabrın 27-si parlamentdəki atışma qurbanlarının xatirə mərasiminə qatılmayıb, son vaxtlar nəzərdə tutulan bir sıra rəsmi görüş və səfərlərini, o cümlədən COP-17 çərçivəsindəki proqramlarını ləğv edib.
Məlumata görə, uzun müddətdir səhhətində ciddi problemlər olan Xaçaturyanın xarici görünüşündə də gözəçarpan dəyişikliklər yaranıb.
Prezidentin hətta iqamətgaha belə çox nadir hallarda gəldiyi vurğulanır.
Qeyd olunur ki, İspaniya kraliçası və ərəb şahzadəsinin iştirakı ilə "Dvin" kompleksində keçirilən və Xaçaturyanın "yüksək himayəsi" altında baş tutmalı olan beynəlxalq tədbirə də prezident qatıla bilməyib.
Yüksəkrütbəli qonaqları Nikol Paşinyan qəbul etməli olub.