Pakistan polisinin cümə axşamı verdiyi məlumata görə, ölkənin cənubunda ambulansın oksigen balonunun partlaması nəticəsində doqquz nəfər ölüb, bir neçə yaralı var.
“Dawn” nəşrinə istinadla xəbər verir ki, hadisə çərşənbə axşamı günü cənubi Sind əyalətinin Tarparkar rayonundakı yerli xəstəxanada tibb personalının xəstələri köçürməyə hazırlaşdığı vaxt baş verib. Ambulansın içərisindəki oksigen balonu partlayıb və nəticədə avtomobil yanıb.
Ölənlər arasında xəstələr və xəstəxana işçiləri də olub. Digər beş nəfər isə ağır yanıq xəsarətləri alıb.