“Transparency İnternational” təşkilatı 2024-cü il üçün Korrupsiya Qavrama İndeksinin yeni reytinqini dərc edib. Təşkilatın açıqladığı hesabatdan aydın olur ki, Danimarka 100 baldan 90, Finlandiya 88, Sinqapur 84 bal toplayaraq reytinq cədvəlinə rəhbərlik edirlər.
Region ölkələri arasında ən yaxşı yerləri Gürcüstan (53 xal, 53-cü yer), Ermənistan (47 bal, 63-cü yer) tutub. Rusiya və Azərbaycan (hər biri 22 xal, 154-cü yer), Özbəkistan 32 balla 121-ci, Qazaxıstan isə 40 balla 80-cidir. Reytinq cədvəlinin autsayderləri Cənubi Sudan (8), Somali (9) və Venesueladır.
Göründüyü kimi, Azərbaycan 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü yeri tutub. Əvvəlki illərdəki hesabatlara nəzər yetirsək, Azərbaycanın mövqeyinin son illərdə kəskin pisləşdiyini görə bilərik. Məsələn, 2020-ci ildə Azərbaycan 30 balla 126-cı yerdə qərarlaşmışdı.