HAMAS azad etdiyi iki girovu BQXK-ya təhvil verib

HAMAS İsraillə 7-ci mübadilə razılaşması çərçivəsində iki girovu təhvil verib.

İsrailli girovlar Tal Şoham və Avera Mengistu Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verilib.

Proses Rafahda baş tutub.

Onlar Qəzza zolağında IDF-yə (İsrail Müdafiə Qüvvələri) təhvil veriləcək.

Qeyd edək ki, razılaşmaya əsasən, bu gün 6 girov İsrailə təhvil verilməlidir.

İsrailin isə 602 məhbusu azad etməyi planlaşdılır.
  • Sosial şəbəkədə paylaş