Bir neçə Avropa ölkəsi atəşkəsin təmin edilməsi üçün Ukraynaya hərbi qüvvələr göndərməyə hazırdır, amma bunun üçün ABŞ-ın dəstəyi tələb olunur.
Bu barədə Fransa maliyyə naziri Erik Lombar "Bloomberg TV"yə verdiyi müsahibədə bildirib.
"Biz Ukrayna ilə bağlı texniki müzakirələrə başlamışıq. Ümumi razılıq var ki, atəşkəsə zəmanət vermək üçün avropalı əsgərlər Ukraynaya göndərilməlidir. Böyük Britaniya, Almaniya və Fransa buna hazırdır və digər Aİ ölkələri də öz töhfələrini verəcəklər. Bunu təmin etmək üçün atəşkəs qurulandan sonra əsgərlər gələcək", - deyə o bildirib.
Nazir iddia edir ki, ABŞ prezidenti Donald Tramp atəşkəs rejimini dəstəkləməyə razılaşıb, lakin Vaşinqtonun konkret hansı addımlar ata biləcəyini açıqlamayıb.
Bundan əvvəl “The Wall Street Journal” qəzetinin anonim Ağ Ev nümayəndəsinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli planında hərbi əməliyyatların bərpa olunacağı təqdirdə ABŞ-ın Kiyevə yardım göndərəcəyinə dair heç bir təminat yoxdur. Onun sözlərinə görə, gələcək razılaşmada ABŞ-ın "regionda" hərbi kontingent yerləşdirməsi ilə bağlı heç bir öhdəlik də yoxdur.