Martın 3-dən etibarən pravoslav xristianları üçün Böyük Oruc başlayıb və bu mərhələ aprelin 20-də yekunlaşacaq.
Rusiya mediasına istinadən xəbər verir ki, jurnalistlər bu müddətin başlanması fonunda prezident Vladimir Putinin oruc tutub-tutmaması ilə maraqlanıblar.
Bu sualla Kremlin rəsmi nümayəndəsi Dmitri Peskova dəfələrlə müraciət edilib. O, əvvəlcə bu məsələnin dəqiqləşdiriləcəyini bildirib.
Lakin dünən yenidən eyni sualla qarşılaşan Peskov belə cavab verib: “Bu barədə danışıb-danışmamaq barədə düşündük. Ancaq bunun çox müqəddəs bir mövzu olduğunu nəzərə alaraq, bu məsələnin detallarını ictimaiyyətə açıqlamağın zəruri olmadığını hesab edirik”.