Ukraynanın Moskvaya PUA hücumu nəticəsində iki nəfər ölüb, 18 nəfər yaralanıb

Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər ölüb, üçü uşaq olmaqla 18 nəfər yaralanıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda xəstəxanalarda biri uşaq olmaqla 6 nəfər var, zərərçəkənlərdən birinin vəziyyəti son dərəcə ağırdır.

Qeyd edək ki, ötən gecə Ukrayna Rusiya ərazisinə 337 PUA ilə hücum edib. PUA-lardan 91-i Moskva regionu ərazisində vurulub.
  • Sosial şəbəkədə paylaş