Rusiyada təyyarə magistral yola ENİŞ ETDİ

Rusiyanın Voloq vilayətində təyyarə magistral yola eniş edib.

Bu barədə "Baza" telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Sosnovka kəndi yaxınlığında Voloqda və Çerepovets arasındakı A-114 avtomobil yolunda kiçik mühərrikli təyyarə məcburi eniş edib. Eniş yerinə yol polisi əməkdaşları gəlib.

Təyyarə eniş etdikdən az sonra havaya qalxa bilib.
  • Sosial şəbəkədə paylaş