ABŞ Konqresində “Azərbaycanda minatəmizləmə: prioritetlər və çağırışlar” adlı tədbir keçirilib

ABŞ Konqresində “Azərbaycanda minatəmizləmə: prioritetlər və çağırışlar” mövzusunda fotosərgi və təqdimat mərasimi keçirilib.

Bu barədə məlumat Azərbaycanın ABŞ-dakı səfirliyinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.

Tədbir zamanı ölkəmizdə mövcud olan mina təhlükəsinin miqyası, onun doğurduğu humanitar və sosial-iqtisadi nəticələr, habelə bu problemin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər ətraflı şəkildə təqdim olunub.
  • Sosial şəbəkədə paylaş