Daha iki azərbaycanlı müharibədə həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Bildirilib ki, Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşan Sənan Möhsümov döyüşlərin birində həlak olub.

Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüş əməliyyatlarına qoşulmuş Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini olan Hüseyn İsayev isə əks cəbhədə həlak olub.

Teleqraf.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü H. İsayev Rusiyadakı həbsxanadan müharibəyə cəlb edilibmiş. O, Tula vilayətində qəsdən adam öldürmə cinayətinə görə cəzaçəkmə müəssisəsinə yerləşdirilibmiş.
  • Sosial şəbəkədə paylaş