Dünya bazarına silah ixracımız da artır
Dünya Silah Ticarətinin Təhlili Mərkəzi (CAMTO) hərbi texnika idxal edən ölkələrin illik reytinqini dərc edib. Polşa 2024-cü ildə 15,6 milyard dollarlıq alışla ən böyük silah idxalçısı olub. Məlumata görə, sözügedən ölkə 96 Amerika "AH-64E Apache" hücum helikopterinin tədarükü üçün 10 milyard dollarlıq müqavilə imzalayaraq liderlik edib. Müqaviləyə həmçinin helikopterlərin texniki xidməti və ehtiyat hissələrinin tədarükü daxildir. İkinci yerdə 10,25 milyard dollarlıq hərbi alışla Rumıniya, üçüncü yerdə isə Hindistan (9,41 milyard dollar) qərarlaşıb. İlk 5-liyə həmçinin İsrail (8,2 milyard dollar) və Niderland (7,9 milyard dollar) daxil olub. Qardaş Türkiyə reytinqdə altıncı yerdədir (7 milyard dollar).
Qeyd edək ki, Azərbaycan bu siyahıda 16-cı yerdədir (2,220 milyard dollar). Azərbaycanda istehsal olunan silahlar hər növbəti il daha mükəmməl olur və dünya silah bazarında daha cəlbedici görünür. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaranmasından ötən 19 ildə zamanın tələblərinə cavab verən silah istehsal etmək olduqca məsuliyyətli və çətin bir məsələdir. Azərbaycan bunun öhdəsindən gələ bildi. Bu müddətdə təkcə hərbi sursatlar deyil, eyni zamanda hərbi texnika və silah istehsalına nail oldu. Azərbaycan bir sıra hərbi texnikanın özündə istehsalını təşkil etdi, bu isə xarici bazardan asılılığımızı azaldı. Bu gün Azərbaycan müdafiə sənayesinin buraxdığı məhsullar təkcə ordumuzun deyil, eyni zamanda xarici ölkələrin də ordularında arzuolunan silahlardır. Təsadüfi deyil ki, Azərbaycan silahının alıcıları qismində ABŞ, Cənubi Koreya, İraq, bir sıra Afrika ölkələri var.
Bu, onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi məhsullar yüksək standartlara cavab verir, öz növbəsində satılmasından Azərbaycan büdcəsinə milyonlarla dollar gəlir gətirir. Həmçinin Azərbaycanın ixrac etdiyi silahlar sırasına müxtəlif kalibrlər və onlar üçün minalar daxildir. Hazırda müdafiə sənayesinin ən çox istifadə olunan və mənimsənilən məmulatlarına biz “Mübariz”, “İstiqlal”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, müxtəlif növ atıcı avtomat silahları, tapançalar, minaatanlar, qumbaraatanlar, onların sursatlarını, optik cihazları, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb”, “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter” ailəsinin müxtəlif növ PUA-larını, “Aerostar”, “Zərbə” və “İtiqovan” tipli PUA-ların yerli istehsalını artıq təşkil etmişik. Təbii ki, ixrac olunan bütün silahların siyahısını açıqlamaq alınmayacaq, bu, hərbi sirrdir, lakin Azərbaycandan silah alan xarici ölkələrin ictimaiyyət üçün açıq mənbələrindən onların bizim ölkədə istehsal olunan 250-500 kiloqram çəkiyə malik aviabombalar, sursatlar, kollimator optik tuşlayıcıları, "RPQ-7V2" qumbaraatanları daxildir.
Azərbaycan Ordusunun 44 günlük müharibədə “21-ci əsr silahları” ilə düşmənə od qoyduğunu ermənilər elə savaşın ilk günlərindən etiraf etmişdilər. Üstəlik, dünyanın bəzi hərbi mərkəzləri də ordumuzun uğurlu döyüş əməliyyatlarını öyrənməyə başlamışdı. Bu uğurların postmüharibə dövründə davam etdirilməsi də qürurvericidir.