Xarkova KASSETLI BOMBA, Nikolayevə DRON HÜCUMU, hərbi aerodromda PARTLAYIŞ

Rusiya ordusu bu gün səhər Ukraynanın Xarkov vilayətinə raket hücumu həyata keçirib, nəticədə bir nəfər ölüb, daha 26 nəfər yaralanıb.

Teleqraf "unian.net"ə istinadla xəbər verir ki, ruslar Osnovyanski rayonunda çoxmənzilli yaşayış binalarını vurublar.

Bildirilir ki, hücum kaset mərmili raketlərlə həyata keçirilib.

Dağıntılar altında insanların qaldığı güman edilir.

Hadisə yerində xilasetmə işləri aparılır.

Aprelin 17-də axşam saatlarında Rusiya ordusu naməlum tipli pilotsuz təyyarə ilə Ukraynanın Nikolayev vilayətinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim məlumat verib:

"Tələfat yoxdur. Hadisə yerində baş vermiş yanğının artıq söndürüldüyünü bildirib".
  • Sosial şəbəkədə paylaş