Rusiyada daha bir dəhşət: 5 uşaq bir evdə yandı

Ötən gecə Həştərxanın Kirovski rayonundakı bağ evində baş verən yanğında beş uşaq həlak olub.

Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kirovski rayonu, Olxovskaya küçəsi, 29 ünvanında yerləşən bağ evində baş verib.

Rusiya FHN-in yerli İdarəsinin mətbuat xidmətindən "İnterfaks"a verilən məlumata görə, evdə 4 uşağın meyiti tapılıb.

Daha sonra Rusiya İstintaq Komitəsinin Həştərxan İstintaq İdarəsi beşinci uşağın meyitinin tapılması barədə məlumat verərək, uşaqların 4-11 yaş arasında olduğunu bildirib. Məlumatda “mərhum uşaqların anası evdə olmayıb”, “cinayət işinin başlanması məsələsi həll edilir, hadisənin bütün halları müəyyənləşdirilir” deyilir.

Qeyd edək ki, ötən gecə Rusiyanın Çelyabinsk əyalətində də bie evdə baş verən yanğın zamanı 5-12 yaş aralığında olan 4 uşaq həlak olub. Bildirilir ki, uşaqların anası Ukraynada yaralanan ərini yoluxmaq üçün Moskvaya gedib, uşaqlara nəzarəti qonşulara həvalə edibmiş.
  • Sosial şəbəkədə paylaş