Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 11:32-də baş verib. 7 kilometr dərinlikdə meydana gələn təkanlar İzmir, Muğla və Aydın kimi əyalətlərdə böyük təşvişə səbəb olub.

Xatırladaq ki, 6 fevral 2023-cü il tarixli Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyədə tez-tez təkanlar qeydə alınır.
  • Sosial şəbəkədə paylaş