Bu gün səhər Qüds yaxınlığında başlayan meşə yanğınları sürətlə böyüyüərək qarşısıalınmaz hala gəlib.
EFE agentliyinə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün İsrail Azərabycan da daxil olmaqla, 13 ölkədən kömək istəyib.
İsrailin xarici işlər naziri Gideson Saar agentliyə deyib: "Son saatlarda mən Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarlarımla danışdım və onlardan meşə yanğınlarının söndürülməsi üçün hava dəstəyində kömək istədim".
İsrail hakimiyyəti Qüds yaxınlığındakı bir neçə yaşayış məntəqəsindən sakinləri təxliyyə edərək bir neçə yolu bağlamalı olub.
İsrailli həkimlər EFE-yə bildiriblər ki, indiyədək onlara tüstüdən xəsarət alan 19 nəfər müraciət edib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.