Zelenskidən şok açıqlama: "Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"

Tramp Zelinski görüşünə dair Ukrayna prezidenti açıqlamasında bildirir ki, İstanbulda keçirilmiş texniki danışıqlardan və əsir-meyit mübadiləsi ilə bağlı proseslərdən də Trampa müfəssəl məlumat verib. Və burada o heyrətamiz məlumat açıqlanır:

Zelinski iddia edir ki, meyitlərin mübadiləsində Rusiya tərəfi öz əsgərlərinin meyitlərini Ukraynaya təhvil verib və bu meyitlərin kimliyinin müəyyən edilməsi üçün Kiyevdə ekspertiza aparılır.

Belə çıxır ki, Rusiya çoxsaylı hərbçi cəsədlərini Ukrayna əsgərləri adı ilə təhvil veribmiş.

Bu məlumat Rusiya - Ukrayna müharibəsi tarixində ən şokedici faktlardandır.
  • Sosial şəbəkədə paylaş